İyunun 2-də Xətai Sənət Mərkəzində Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdlərinin 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan rəsm sərgisi açılacaq.
	
		
	Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşacaq sərgidə məktəbin 30-dək şagirdinin 80-dən çox rəsm əsərinin nümayişi nəzərdə tutulur.
	
	 
	Sərgi çərçivəsində məktəbin şagirdləri tərəfindən konsert proqramı da təqdim olunacaq.
	 
	
	
			
	Mənbə: azertag.az