2022-ci ilin ölkəmizdə Şuşa İli elan olunması ilə əlaqədar İ.Məmmədov adına  298 nömrəli tam orta məktəbdə tədbirlər planı hazırlanmışdlr.  Həmin tədbirlər planına uyğun olaraq Şuşa ili çərçivəsində silsilə tədbirlər keçirilmiş , əl işlərindən , rəsm əsərlərindən ibarət sərgilər təqdim olunmuş , xüsusi dərslər təşkil edilmişdir. 
	
24 dekabr 2022 - ci il tarixində məktəbdə çağdaş  uşaq ədəbiyyatının tanınmış nümayəndəsi , şair-tərcüməçi 
, AYB-nin üzvü Sevinc Nuruqızı ilə görüş  keçirildi. 
Tədbirdə sənətkarın "Zəfər nəğməsi Şuşa" adlı  kitabı təqdim olundu. Həmin kitabda  toplanmış əsərlərin müzakirəsi keçirildi, ayrı-ayrı hekayələr  əsasında hazırlanmış səhnəciklər göstərildi , müəllifin şeirlərindən nümunələr söylənildi və sözlərinə yazılmış mahnılar oxundu.
	
Daha sonra müəllif şagirdləri maraqlandıran sualları cavablandırdı.
	
Sonda məktəbin direktoru Xatirə Hacıyeva çıxış edərək bu günün gözəl bir tarixə təsadüf etdiyini ,  Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin doğum günü olduğunu qeyd etdi . Daha sonra  müəllifə təşəkkür edərək onun əsərləri ilə tanış olduğunu və əsərlərinin şagirdlərə yüksək  əxlaqi keyfiyyətlər aşıladığını qeyd etdi. Dəvətimizi qəbul edib gəldiyi üçün müəllifə, tədbirin ideya müəllifi Xatirə Rəhimovaya, təşkilatçısı  Elnurə Məmmədovaya və tədbirdə fəal iştirak edən 7B sinif şagirdlərinə  təşəkkür etdi.
 
	
	
Sonda Sevinc Nuruqızı öz təəssüratını bölüşdü, " Zəfər nəğməsi Şuşa "  kitabını məktəbin kitabxanasına hədiyyə etdi. 
Xatirə şəkilləri çəkildi.
 
 
	
 
Xəyalə Quliyeva
qadinkimi.com