RƏSULZADƏ
	
		
	
		
	Yenilməz türk dünyasında əsirliyə üsyan etdin.
	
		
	"Bir əsir varsa dünyada, dünya azad olmaz"dedin.
 
 
Bu VƏTƏNİ elə sevdin oldun onun divanəsi,
	
Azadlığı məşəl etdin, oldun onun pərvanəsi.
	
Sənin üçün bir istiqlal günəşiydi Azərbaycan.
	
Ürəyində heç sönməyən atəşiydi Azərbaycan.
	
İnandın sən hər bir zaman
	
həqiqətin parlayacaq.
 
	
	
İnanırdın Azərbaycan
	
azadlığa qovuşacaq.
	
Müstəqillik yollarında sarsılmadın,əyilmədin.
	
"Bir kərə yüksələn bayraq bir daha enməz ki" dedin.
	
Son nəfəsdə "Azərbaycan,Azərbaycan"oldu sözün.
	
Ankaradan Bakıyacan hey yol çəkdi sənin gözün.
	
Ucaltdığın bayraq kimi
	
ucaldın Sən Rəsulzadə.
	
Ölməzliyə qovuşmusan
	
Yaşayırsan Rəsulzadə.
	
	
		
müəllif: Kəmalə Abiyeva
 
 
 
 
	
 
 
qadinkimi.com