BMT-nın Baş Məclisi 1959-cu il noyabrın 20-də Uşaq hüquqları bəyannaməsini, 1989-cu ildə isə Uşaq hüquqları haqqında Konvensiya qəbul edib. Konvensiya uşaqların yaşaması və inkişafı üçün zəruri olan minimum standartları müəyyən edir. Konvensiyanın 54 maddəsinin hər birində ayrı-ayrı hüquqlar -inki.af, müdafiə, iştirak, yaşama hüquqları öz əksini tapır.
20 noyabr Ümumdünya Uşaq hüquqları günü kimi qeyd olunur.
Qoruyaq körpələri,
Körpələrin gözləri
heç vaxt yaşla dolmasın.
Dünya körpə gözündə göz yaşına dönməsin.
Qoruyaq körpələrin məhəbbət baxışını,
Müqəddəs gülüşünü,
Ürəklərində heç vaxt
sevinc odu sönməsin.
Kamalə Abiyeva


qadinkimi.com