 
			 
				
			 İranda film nümayişinə hicabsız gedən aktrisaya görə kinoteatrın direktoru işdən çıxarılıb
											
						Tarix :   21 Aprel 2023, 15:11
						İranda film nümayişinə hicabsız gedən aktrisaya görə kinoteatrın direktoru işdən çıxarılıb
											
						Tarix :   21 Aprel 2023, 15:11 Tehranın "Lotus Cinema” kinoteatrında "Aslan dərisi” ("Pooste Shir") serialının final bölümünün nümayişi zamanı məşhur aktrisa Panteya Bəhramın hicabsız iştirakından sonra kinoteatrın direktoru vəzifəsindən uzaqlaşdırılıb.
	
Qadinkimi.com APA -ya istinadən xəbər verir ki, bu barədə Kino Təşkilatının Monitorinq və Qiymətləndirmə üzrə direktor müavini Həbib İlbeigi bildirib.
	
O qeyd edib ki, "kinoteatrın direktoru cinayətkarı kinoteatrdan uzaqlaşdırmadığı üçün işdən çıxarılıb".
	
"Bu kinoteatrla bağlı qanun pozuntuları da araşdırılır və bu barədə də tezliklə qərar veriləcək”, - direktor müavini vurğulayıb.
	
Qeyd edək ki aktrisa daha əvvəl də "Instagram” səhifəsində hicabsız çəkilmiş videosunu paylaşmışdı.

	
 Qadinkimi.com
Qadinkimi.com