61 ölkədə 17 min yoxlama gerçəkləşdirilib
	
Beynəlxalq Polis Təşkilatı İNTERPOL dünyanın hər yerində dənizləri çirkləndirənlərə qarşı geniş miqyaslı əməliyyat gerçəkləşdirib. 
	
İNTERPOL üzvü olan 61 ölkədə 1-31 oktyabr arasında təşkil edilən əməliyyatlarda 17 mindən artıq yoxlama aparılıb. 
 
	
Bu əməliyyatlarda dəniz çirkliliyinə səbəb olan 3 mindən artıq cinayət müəyyən edilib, səbəbkarlar barədə araşdırmalar aparılır. 
	
Plastik və təhlükəli tullantıların dənizə atılmasının qarşısını almaq üçün təşkil edilən beynəlxalq əməliyyata Sinqapur ev sahibliyi edib. 
	
		
qadinkimi.com