• Yaxşılıq etmək su kimi bir şeydir: suyun hər şeyə faydası var, amma özü heç bir təmənna güdmür. 
	 
	 
	• 
Ali insan əxlaqın nə olduğunu bilir. Cılız olan isə hər şeydə öz xeyrini güdür.
 
	 
	• Kiminsə həyatını xilas etmək yeddimərtəbəli paqoda (Çin məbədi) inşa etməkdən əfzəldir. 
	
		
	• Yemiş əkən yemiş, lobya əkən lobya biçər.
	
		
	• Bütöv gil lövhə olmaqdansa, qırılmış nefrit parçası olmaq daha yaxşıdır (Şərəfsiz ömürdənsə, şərəfli ölüm əfzəldir).
	
		
	• Əsl qızıl sobadan qorxmaz (İnsanın iç üzü -əsl xarakteri çətinliyə düşəndə bilinir).
	 
	
		
 
	• Bir yanlış hərəkət bir ömür boyu peşmançılıq gətirə bilər.
	 
	
		
	• Kimisə vursan, üç gün narahatlıq keçirəcəksən, kiməsə qarğış eləsən üç gün xəcalət çəkəcəksən (Namünasib davranış peşmançılıq və narahatlığa səbəb olar).
 
 
	 
	• Gün ərzində ayıb sayılan hərəkət etməmisənsə, gecə qapını kabus döyəcəyindən qorxma (Əxlaq və vicdanla hərəkət etmisənsə, təmiz vicdanla yatacaqsan).
	
		
	• Yaxşılıq yaxşılıqla, pislik də pisliklə mükafatlandırılacaq. Əgər hələ elə, ya da belə mükafatını almamısansa, deməli, hələ vədəsi yetişməyib).
	 
	 
	
		
 
	YANLIŞ DAVRANIŞ GİZLİ QALMIR VƏ BİR GÜN CƏZALANDIRILIR
	
		
 
	• Tanrının ədaləti tükənməzdir. Hamıya və hər yerə çatır. Onun gözündən heç nə yayınmır (Heç kəs ilahi ədalətdən kənar qalmır).
	
		
	• Alovu kağıza sara bilməzsən (Həqiqət aşkar olar, pis hərəkət gizli qalmaz).
	
		
	• Əllərin nə qədər iri olsa da, bütün səmanı qapaya bilməzsən (Yanlış davranışını bir müddət gizlədə bilərsən, amma həqiqət gec-tez üzə çıxacaq).
	
		
	• Rahib aradan çıxar, amma məbədi yerində qalacaq (Pis hərəkətin cəzasız qala bilər, amma bu çox çəkməz, çünki hakim dairələr ailənin, evini-eşiyinin yerini bildiyinə görə tezliklə səni ələ keçirməyə müvəffəq olacaqlar).
	
		
	• Yaxşı əməllər nadir hallarda gözə görünür, pis əməllərsə düz-dünyaya yayılır (İnsanlar yaxşı xəbər carçısı olmaqdansa, qeybət və şayiələri yaymaqda yarışa girirlər).
	
		
	• Pis əməl etdiyini gizli saxlamaq istəyirsənsə, yaxşı olar ki, heç onu etməyəsən.
	 
	 
	 
	 
	 
	 
	 
	
		
	 
 
	
		· Çayın qırağı ilə getsən də ayaqqabıların islanır
(Başqalarına imtiyaz verə bilən adamlar rüşvətə meylli olar)
 
	 
	
		· Çox içilən şərabdan sonra ləyaqət qalmaz (Spirtli içki əxlaqsızlığa sürükləyir)
 
	 
	
		· Balıq yeməsən, ağzından balıq iyi gəlməz (Naqis hərəkət etməmisənsə, problemlərdən uzaq olacaqsan).
		
		 
 
	 
	
		
	 
	 
	 
Aygün Əziz 
	"Çin atalar sözü və məsəlləri” kitabından tərcümə
	qadinkimi.com