* Təkcə ona görə sevmədik ki, bədənimiz tək qalmasın. Sevdik ki, ruhumuz darıxmasın.
	
		
	* Cəmiyyət amansızdır, qatildir. Həm də çox peşəkar qatildir. Əlini bulamadan kənardan öldürür.
	
		
	* Anlam ürəklə göz arasında çapardır. Anlam ruhun diapozonudur.Təfəkkür anlamın tərkib hissəsidir.
	
		
	* Həyat nisbilik nəzəriyyəsinin köləsidir. 
	
		
	* Zaman bizə sübut edir ki, o tarixdən güclüdür. Tarix zamanın yaddaşıdır.
	
		
	* Seçim olmayan yerdə hər şey qəbul olunandır.
	
		
	* Ən xırda səhvlərdi ən böyük günahlara səbəb.
	 
	
		
	* Zərərləşdirilmiş cəmiyyət qanuna, hüquq anlayışına laqeyd, daha dəqiqi bu anlaışlardan xəbəri olmayan cəmiyyətdir.
	 
	
		
	* Güclü ona görə güclüdür ki, zəif zəifdir. 
	
		
	* İnsanın bircə vacib həqiqəti var: Həyat. Yaşamaq məqsəddir.
	
		
	
		
	
			
	AYSEL ƏLİZADƏ
	qadinkimi.com